FES uçot dərəcəsini artırdı - DAHA 2 DƏFƏ DƏ GÖZLƏNİLİR
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. APA TV xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 1,75-2,0%-dək artırıb.
Qeyd edək ki, bundan əvvəl FES martın 21-də uçot dərəcəsini artırmışdı.
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-cı ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin əksər üzvləri mart və iyun aylarına əlavə olaraq 2018-ci ildə daha iki dəfə uçot dərəcəsinin artacağını proqnozlaşdırıb. Bununla FED uçot dərəcəsinin artırılması sayına dair martdakı proqnozunu dəyişib. O zaman FES 2018-ci ildə ümumilikdə üç dəfə uçot dərəcəsinin artacağını gözləyirdi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq