Qəbələyə də sel gəldi - KÖRPÜ DAĞILDI, YOLLAR BAĞLANDI
Son günlər yağan güclü yağışlardan sonra dağlardan gələn sel suları Qəbələ rayonunda intensiv istifadə olunan avtomobil və piyada körpüsünü dağıdıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Tikanlı və Bum kəndləri ərazisindən keçən Bum çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Hadisə yerinə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Kənd sakinlərinin verdiyi məlumata görə, çay üzərində tarixən körpü olmayıb. İnsanlar kustar üsulla qurulan dəmir yol keçidindən istifadə ediblər. Son günlər aramsız yağan yağışlar nəticəsində istifadə olunan keçid dağılıb. Nəticədə bir neçə kəndin rayon mərkəzi ilə avtomobil yolu kəsilib. Kənd sakinləri müvəqqəti olaraq çayı keçmək üçün yük avtomobilindən istifadə edirlər.
Yaranmış fövqəladə vəziyyətlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən rəsmi məlumat almaq mümkün olmadı. Qeyri-rəsmi olaraq çay üzərində heç vaxt körpü olmadığını, körpünün tikilməsi üçün rəsmi orqanlara məlumat verildiyini bildirdilər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq