İlham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanla görüşdü - MÖVZU TANAP
Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
14:50
783
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
757
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
801
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1042
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
986
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1082