Volqada faciə: barja ilə katamaran toqquşdu - ÖLÜ SAYI ÇOXDUR
Rusiyanın Volqoqrad şəhərində, Volqa çayında barja ilə katamaran toqquşub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə sahildən 250 metr aralıda qeydə alınıb.
Əraziyə dərhal xilasedicilər cəlb olunmaqla, xüsusi əməliyyata başlanılıb.
Hadisə zamanı katamaranın göyərtəsində 16 nəfər olub. Onlardan 10 nəfər ölüb, 5 nəfər xilasedicilər tərəfindən təxliyə edilib. 1 sərnişinin isə itkin düşdüyü bildirilir.
Qəzanın səbəblərinin araşdırılması üçün istintaq qrupu yaradılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
783
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
756
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
801
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1042
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
986
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1082