Səudiyyə əcnəbilərə viza rejimini asanlaşdırır - TURİZMİN İNKİŞAFI ÜÇÜN

Səudiyyə Ərəbistanı Qırmızı dənizdəki 50 ada üzərində yaradılacaq kurotlara əcnəbilərin girişini asanlaşdıracaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 4 milyardlıq layihənin tamamlanması ilə bölgədə 35 min yeni iş yeri yaranacaq.

 

2022-ci ildə istifadəyə veriləcək yeni istirahət zonasının həcmi Belçikanın ümumi ərazisindən daha çox olmaqla, özündə mehmanxana, yaşayış binaları, yeni şəhər, hava limanı və yaxtalar üçün parkinqi birləşdirəcək.

 

Hazırda əcnəbilərə ölkəyə gəlmək üçün viza verilmir. Yeganə istisna iş adamları, ailə üzvünü görmək istəyən əcnəbilər, eləcə də Məkkəyə ziyarətə gələn zəvvarlardır. 

 

Bununla belə, 30 yaşadək qadınlar əri və ya qardaşı ilə səyahət edə bilər.

 

Qeyd edək ki, il ərzində ölkəyə 200 min nəfər səyahət edir. 2020-ci ildə isə bu rəqəmin 1,5 milyon nəfərə çatdırılması gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR