ABŞ-da yeni rekord, Rusiya-Səudiyyə işbirliyi - NEFT BAZARINDA SON VƏZİYYƏT
Birjaların ilk seanslarında xam neft dəyər itirib.
APA TV-nin məlumatına görə, ötən həftə ABŞ-da fəal quyuların sayı artıb,
bu isə rekord yeniləyən neft istehsalının daha da artması deməkdir.
Rusiya, istehsalı artırmaq üçün dəstəyini almaq istədiyi OPEC və tərəfdaşları, eləcə də Səudiyyə Ərəbistanı ilə birlikdə hasilatı razılaşmanın üzərinə çıxarmaq istəyir.
Qiymətləri ötən həftə ucuzlaşdıran əsas səbəblərdən biri, İran və Venesueladan qaynaqlanan kəsiri aradan qaldırmaq barədə xəbərlərin neft bazarının diqqətini çəkməsi oldu. Digər tərəfdən OPEC ölkələri arasında istehsalı artırmaqla bağlı fikir ayrılıqları var.
ABŞ-da neft istehsalının artması da qiymətlərə mənfi təsir edir. Xüsusi ilə Qərbi Texas neftinin qiymətləri daha çox ucuzlaşa bilər. Son aylar iki marka arasında qiymət fərqi 10 dolların üzərinə çıxıb. Hazırda birjalarda "Brent" markası 76,14 dollara, WTI nefti isə 65,53 dollara satılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq