Cəlilabadda atışmada iştirak edən şəxslərdən daha ikisi ələ keçdi
Cəlilabadda baş vermiş silahlı insidentin daha iki iştirakçısı saxlanılıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Həsənov və onun qardaşı Səxavət Həsənov tutulub.
Bundan əvvəl isə silahlı insidentin iştirakçısı olan rayon sakini İlqar Həsənov saxlanılıb. Saxlanılarkən ondan AKS tipli avtomat silah, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb. Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Xatırladaq ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birilərinə atəş açıblar. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR
14:50
827
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
796
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
840
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1044
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
988
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1086