ABŞ-dan antidemokratik qərar: MÜHACİRLƏR HƏBSXANALARDA YERLƏŞDİRİLƏCƏK
ABŞ-da mühacirlər həbsxanalarda yerləşdirilməyə başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Miqrasiya və Gömrük İdarəsi xəbər yayıb.
Mühacirlərin həbsxanalara yerləşdirilməsinə səbəb sığınacaqlarda yerlərin olmamasıdır. ABŞ-a mühacirət edən yeni 1600 nəfər Donald Trampın "sıfır qarşılama" qərarı əsasında federal həbsxanalarda köçürülür. Onlardan 1000 nəfər Kaliforniya ştatındakı cəza çəkmə müəssisələrində qalacaqlar. Mühacirlərin həbsxanalara aparılma prosesinin necə təşkil olunacağı bilinmir, rəsmilər onların həbsxanada təhlükəsizliklərinin də sual altında olduğunu qeyd edirlər.
Mühacirlər həbsxanalarda ən azı 4 ay qalacaqlar.
Qeyd edək ki, ABŞ-da federal həbsxanalarda ən ağır cinayətlərdə məhkum olunmuş məhbuslar saxlanılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq