Qobustan həbsxanasına NARKOTİK KEÇİRMƏK İSTƏDİLƏR
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitəsinin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan Mingəçevir sakini, Cinayət Məcəlləsinin 126.2.4; 317-2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş 1991-ci il təvəllüdlü Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş ümumi xalis çəkisi 40,438 qram olan narkotik - “tiryək” aşkarlanaraq götürülüb. Bayramovun narkotik vasitəni hardan əldə etdiyi dəqiqləşdirilir. Fakt üzrə araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib