Tovuzda təcili tibbi yardım işçiləri döyüldü
Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə İbrahimhacılı kəndində qeydə alınıb.
Təcili yardımın briqadası çağırış yerinə çatana qədər kənd sakini Mikayıl Kazımov ürəktutmasından dünyasını dəyişib. Mərhumun yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev, tibb bacısı Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyərək xəsarət yetiriblər. Hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb, təcili tibbi yardım maşınının şüşələri sındırılıb.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq