Müsəlmanları qəzəbləndirəcək qərar - BU ÖLKƏDƏ MƏSCİDLƏR BAĞLANIR
Avstriyanın baş naziri Sebastian Kurz ölkədəki 7 məscidi bağlayacaqlarını və bir neçə imamı ölkədən çıxaracaqlarını deyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, mətbuat təxminən 40 imamın Avstriyadan kənarlaşdırılacağını yazır.
Kurz qərarın Vyanadakı bir məsciddə Çanaqqala müharibəsinin canlandırıldığı tədbirdə uşaqların hərbçi və şəhid rolunda oynadılmasından sonra verildiyini bildirib: "Aprel ayında Türkiyənin dəstək verdiyi bir məsciddə I Dünya Müharibəsindəki Çanaqqala müharibəsinin uşaqlar tərəfindən canlandırılma fotoları var. Araşdırmadan sonra bu qərara gəlinib. Paralel icmalar, siyasi islam və ifratçılığın bu ölkədə yeri yoxdur".
Bağlanan məscidlərin sayının artacağı bildirilir. Hökumət Türkiyədən başqa ölkələrin maliyyəsi ilə fəaliyyət göstərən imamların da ölkədən çıxarılacağını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
14:50
850
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
818
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
862
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1048
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
991
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1090