Azərbaycanın buğdaya olan illik tələbatı açıqlandı

“Buğda istehsalı zamanı fermerlər bir neçə yanlışlığa yol verirlər”. APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov bu gün keçirilmiş mətbuat konfransda deyib.

 

O bildirib ki, fermerlər toxum və sort seçərkən nöqsanlara yol verirlər: "Müəyyən tələblər var un istehsalı üçün. Bu baxımdan buğda tədarükçüsü istəyər ki, keyfiyyətli buğda tədarük etsin. Bəzən görürsən ki, toxumda buğda partiyasında sürmə xəstəlikləri olur. Bu, bizə deməyə əsas verir ki, həmin fermer sertifikatlı toxumdan  istifadə etməyib və toxumla keçən xəstəliklərə qarşı dərmanlamayıb. Bunun nəticəsidir ki, məhsulda xəstəlik müşahidə olunur".

 

Zülfüqar Məmmədov bildirib ki, buğda istehsalçıları bəzən aqrotexniki qaydalara da riayət etmir: "Alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı hər bir fermer profilaktik tədbirlər görməli, gübrələrdən istifadə etməlidir. Amma faktiki olaraq biz görürük ki, Azərbaycanda buğda əkini sahələrinə tətbiq olunan gübrələrin miqdarı ölkənin tələbatının 18 faizi qədərdir".

 

İdarə rəisi əlavə edib ki, Azərbaycan bərk buğdanın vətəni olmasına baxmayaraq, fermerlər bu buğdanın istehsalına maraq göstərmirlər.

 

Qeyd edək ki, ötən il fermerlərdən 58 min ton buğda qəbul olunub. Zülfüqar Məmmədov ölkənin buğdaya olan illik tələbatını da açıqlayıb. Bildirib ki, ölkənin buğdaya olan illik tələbatı 1 mln. 800 min tondur.

Müəllif | Apa.Tv
Leyla Behbudlu

OXŞAR XƏBƏRLƏR