Kanadada marixuana leqallaşdırılır
Kanadada marixuana leqallaşdırılır.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kanada senatı "Narkotik vasitələrin qadağan edilməsi" ilə bağlı qanuna dəyişiklik edib.
Dəyişikliyə əsasən marixuanadan əyləncə məqsədilə istifadə leqallaşıb və dəyişikliyin tam qüvvəyə minməsi üçün yuxarı palataya göndərilib. Yuxarı palata qanun layihəsindəki dəyişiklikləri qəbul edərsə, Kanada "Böyük yeddilik" ölkələri içərisində marixuananı leqallaşdıran ilk dövlət olacaq.
Xatırladaq ki, Kanadanın baş naziri Castin Trüdo marixuananın qısa zamanda leqallaşdırılacağı ilə bağlı açıqlama vermişdi.
Qeyd edək ki, əsasən gənclər olmaqla Kanada əhalisi dünyada ən çox marixuanadan istifadə edən ölkələr arasındadır.
OXŞAR XƏBƏRLƏR
14:50
853
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
819
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
864
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1048
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
991
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1090