Qaxda narkotik alverçisi yaxalandı
Qaxda narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində rayon sakini Ümidvar Yusifov saxlanılıb.
Ü.Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ sahəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşları həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
14:50
852
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
818
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
863
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1048
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
991
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1090