Ağdamda Bayraq meydanında yanğın olub
Ağdamda Bayraq meydanında yanğın baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın rayonun İmamqulubəyli kəndində qeydə alınıb.
Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində yaranmış qısaqapanma sonradan yanğına çevrilib. Alova ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edib və genişlənməsinin qarşısı alınıb. Daha sonra hadisə yerinə FHN-in Ağdam Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Alov qısa müddətdə söndürülüb və onun digər obyektlərə keçməsinə imkan verilməyib.
OXŞAR XƏBƏRLƏR
14:50
852
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
818
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
863
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1048
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
991
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1090