Xodorkovski Almaniyada
Rusiya prezidenti Vladimir Putinin əfv sərəncamı ilə azadlığa buraxılan Mixail Xodorkovski azadlığa buraxıldıqdan dərhal sonra Rusiyanı tərk edib. "Yukos" şirkətinin sahibi artıq Almaniyadadır. Onun da göyərtəsində olduğu təyyarənin Berlinə endiyini Almaniyanın Xarici İşlər Nazirliyi də təsdiqləyib. Məlumata görə, Almaniyanın baş kansleri Angela Merkel Mixail Xodorkovskinin bu ölkəyə gəlişini sevinclə qarşılayıb. Angela Merkel əvvəllər rusiyalı oliqarxın azadlığa buraxılması üçün Rusiya hakimiyyətinə dəfələrlə çağırışlar etmişdi.
"Şpigel” jurnalının məlumatına görə, iş adamının Şengen zonasına daxil olan ölkələrdə 1 il yaşamaq hüququ var. Xodorkovski Almaniyadan İsveçrəyə yola düşəcək.
Xodorkovskinin Nyu-Yorka oğlunun yanına gedəcəyini bildiririlir. Almaniya mətbuatı onu da yazır ki, Xodorkrvski üçün Rusiyadan Almaniyaya təyyarəni Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer sifariş edib.
Qeyd edək ki, Xodorkovski 2003-cü ildən həbsdə olub. Əfv fərmanı olmasaydı, o 2014-cü ilin avqustuna qədər cəza çəkməliydi.
OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib