Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 80-i keçdi
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb. Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.
Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.
Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR
14:50
875
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
840
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
886
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1050
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
993
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1092