"Volqa" ilə toqquşan "Mercedes" aşdı, sürücü yaralandı - KÜRDƏMİRDƏ
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza zamanı Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1979-cı il təvəllüdlü Vəliyev İlhamiz Əlabbas oğlunun idarə etdiyi "QAZ-31" markalı minik maşını ilə İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fərəcli Orxan Hafiz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü O. Fərəcli müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
875
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
840
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
886
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1050
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
993
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1092