Astarada psixotrop dərmanlar satan qadın tutuldu
Astarada psixotrop dərman preparatlarının satışı ilə məşğul olan qadın tutulub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışını təşkil edən Astara şəhər sakini Rəna Həsənova saxlanılıb.
İstintaq bölməsinin rəisi Elman Quliyev deyib ki, davam edən tədbirlərlə onun yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb: "Bundan başqa, o, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə 9098 ədəd narkotik tərkibli tramadolu və qeyri-tabletləri əldə etməklə Astara şəhərində satışını təşkil edib. Buna görə də ona Cinayət Məcəlləsinin 240.2.3-cü maddəsi ilə ittiham elan edilərək həbs-qətimkan tədbiri seçilib".
Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq