Binəqədiyə yeni icra başçısı təyin olundu
Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA TV-nin məlumatına görə, bu barədə prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elxan Allahverdiyev bir müddət Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır. Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev "KapitalBank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq