Mərhum Polşa prezidentinin təyyarəsində partlayıcı izləri - İSTİNTAQ AÇIQLAMASI
2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partladıcı maddə izləri aşkarlanıb.
APA TV-nin “Wiadomosci”yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.
“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partladıcı maddə aşkarlanıb”, - deyə komissiyanın hazırladığı hesabatda bildirilir.
Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partladıcı maddələrin aşkarlanmadığını bildirib.
Xatırladaq ki, "Tu-154" təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq