"Maşın Şou"dan bir gündə iki nəfər getdi

“Maşın Şou”nun 16-cı sürəti – “Xanımlar və Cənablar-2”nin 6-cı günündə gözlənilməz hadisə baş verib.

 

APA TV-nin məlumatına görə, aparıcı, xalq artisti Murad Dadaşov səsvermənin nəticələrinin ləğv edildiyini bildirib.

 

Məlum olub ki, iştirakçılardan Firuzə Cəlilova (Fira) qaydaları pozaraq əlini maşından götürüb və buna görə də şoudan kənarlaşdırılıb.

 

Yenidən keçirilən səsvermədə isə qutuya ən çox şəkli atılan yenə də Hüseyn Əzizoğlu olub. O, qalib gələcəyi təqdirdə, hədəfinin aparıcı İlhamə Bədəlova olduğunu deyib. Bununla da o, iki gün ard-arda səsverməyə çıxarılan iştirakçı ilə mübarizə aparmalı olub. Lakin sonuc reper Uranla apardığı mübarizədəki kimi olmayıb. Hüseyn Əzizoğlu səs çoxluğu ilə qalib gəlib və aparıcı İlhamə Bədəlovanı şoudan kənarlaşdırıb.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR