Bir gecədə 24 maşının yan güzgülərini oğurladı
Paytaxtda avtomobillərin yaz güzgülərinin oğurluğu ilə məşğul olan şəxs həbs edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsi-63 ünvanında yaşayan paytaxt sakini Hikmət Nəsirov mayın 29-da 36-cı Polis Bölməsinə müraciət edərək avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib.
Elə həmin gün polis bölməsinə eyni məzmunlu şikayət ərizəsi ilə Xətai rayonunda yaşayan daha bir neçə avtomobil sahibi müraciət edib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Oleq Larkov saxlanılıb.
Saxlanılan şəxs Xətai rayonunda bir gecədə 24 nəqliyyat vasitəsinin yan güzgülərini oğurladığını və satdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq