Bakıda narkotik satışı ilə məşğul olan keçmiş məhkum yaxalandı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan keçmiş məhkum yaxalanıb.

 

APA TV-nin xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Seyfulla Bədəlov saxlanılıb.

 

Onun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və ümumi çəkisi 6 kiloqram 245 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR