Vladimir Kuvşinov: "Azərbaycan FHN bizim təşkilatın ən fəal üzvlərindəndir"
"Azərbaycan Fövqəladə Hallar Nazirliyi bizim təşkilatın ən fəal üzvlərindəndir".
APA TV-nin xəbərinə görə, bu fikri Bakıda keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov deyib.
FHN Akademiyasının 10 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimə qatılan V.Kuvşinov regionda mülki əhalinin təhlükəsizliyi üçün Azərbaycan FHN-lə daim əməkdaşlıq etdiklərini və müzakirələr apardıqlarını bildirib: "FHN Akademiyası ən son texnologiya və avadanlıqlarla təchiz olunub. Akademiyanın kollektivi isə olduqca professional və bacarıqlı heyətdən ibarətdir".
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi general-mayor Viktor Pançekov tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Mən Azərbaycana ilk dəfədir gəlirəm. Şəhəriniz məni heyran etdi. Akademiyanın binasına da ilk səfərimdir. Qeyd etməliyəm ki, bu bina fövqəladə hallar üçün olduqca professional bir işçi heyəti hazırlayır".
Belarus Respublikası Mülki Müdafiə Universitetinin rəhbəri Polevoda İvanoviç isə ölkələrimiz arasında mülki müdafiə sistemində əməkdaşlığın olduqca yüksək səviyyədə olduğunu vurğulayıb: "Azərbaycan FHN Akademiyası ilə daim inkişaf edən əməkdaşlığımız var. Akademiyanızın uğurları və texniki heyətinin yüksək səviyyədə hazırlığı bizi daha da sevindirir".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq