Xameneyi göstəriş verdi - İRAN URAN EHTİYATINI 20 QAT ARTIRACAQ

İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkənin uran ehtiyatının 20 dəfə artırılması barədə göstəriş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bununla belə dini lider rəsmi Tehranın nüvə razılaşmasını tərk etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, İran uranı yalnız 3,5 faizə qədər zənginləşdirməyi planlaşdırır.

 

Bundan əlavə Xameneyi vurğulayıb ki, İran ballistik raketlərin istehsalı proqramından imtina etmək niyyətində deyil və mümkün hücumlara qarşı 10 qat daha güclü zərbə endirməyə hazırdır.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR