Neftin qiymətlərində ciddi ucuzlaşma müşahidə olunur - SƏBƏBLƏR

Birjalarda xam neftin qiymətlərində ciddi ucuzlaşma baş verib.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft bir dollara qədər dəyər itirərək 75,44 dollara satılır. Qərbi Texas markası isə 65,05 dollardan təklif olunur.

 

İki marka arasında qiymət fərqi 10 dollardan artıqdır. Bu fərq artan qaya nefti istehsalı və ABŞ neftinin daşınması üçün lazımi qədər boru xəttinin olmaması səbəbindən artır.

 

OPEC keçən ay gündəlik 31,9 milyon barel neft istehsal edib. Bu son bir ilin ən aşağı səviyyəsi olan aprel ayındakı istehsalla eynidir. Digər tərəfdən "Bloomberg"in hesabatına görə, ABŞ-da ötən həftə neft ehtiyatları 3 milyon barel azalıb.

 

Qiymətləri ucuzlaşdıran əsas səbəb Səudiyyə Ərəbistanı ilə Rusiyanın OPEC və tərəfdaşlara istehsalı artırmaq barədə təklifidir. İki ölkə İran və Venesueladan qaynaqlanan istehsal azalmasını aradan qaldırmaq üçün bu addımı atmaq niyyətindədir. Buna baxmayaraq bazar bu açıqlamalara ucuzlaşma ilə cavab verir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR