Gizlədilmiş açarı tapan qadınlar evdən pul və qızıl apardı - ZƏRDABDA
Zərdabda oğurluq edən qadınlar tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, Zərdab rayon Məmmədqasımlı kənd sakini Eyvazov Fuad Ələddin oğlu Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən gün evdə olmadıqları müddətdə pul kisəsində olan 240 manatın, sandıqda olan 5600 manatın, 500 rublun, 1600 dolların, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlandığını bildirib.
RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri - Nadirova Seyran İsrafil qızı, onun bacısı Nazlı Mahmudova və tanışları Bəkirova Xəzəl Əli qızı tutularaq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı məlum olub ki, qadınlar zərərçəkənin fərdi yaşayış evinin giriş qapısının gizlədilmiş açarını taparaq, qapını açma yolu ilə evə daxil olub və oğurluq ediblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq