Putin ABŞ və dost olmayan digər dövlətlərə əks-cavab verdi - QANUN İMZALANDI
Rusiya prezidenti Vladimir Putin "ABŞ və digər dövlətlərin dost olmayan fəaliyyətinə qarşı əks tədbirlər haqqında" qanun imzalayıb.
APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın hüquqi informasiyalara dair rəsmi portalında məlumat verilib.
Qanun ölkə başçısının qərarı ilə hökumətə dost olmayan ölkə və təşkilatlarla beynəlxalq əməkdaşlığı qadağan etmək, ABŞ-ın sanksiyalarına qarşı əks tədbirlər görmək hüququ verir. Lakin sanksiyalar analoqu Rusiyada və digər ölkələrdə olmayan həyati vacib mallara şamil edilmir. Göstərilir ki, cavab sanksiyalarını labüd edən hallar aradan götürüləcəyi təqdirdə, hökumət tədbirləri təxirə salmaq hüququna malikdir.
Qeyd edək ki, qanun Dövlət Duması tərəfindən mayın 22-də qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
14:50
921
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
889
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
932
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1058
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1001
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1101