Zərdabda "Mercedes" "Jiquli"yə dəyib kanala düşdü
Zərdabda yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab yolunun Zərdab rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Zərdab rayon sakini, 1992-ci il təvəllüdlü Dəyanət Kərimli idarə etdiyi "Mercedes" markalı minik avtomobilini 1953-cü il təvəllüdlü həmyerlisi Qalib Abdulla oğlu Əsədovun idarə etdiyi "VAZ-2106" markalı minik maşınının arxa hissəsinə çırpıb.
İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarında olan su kanalına aşıb. Hər iki avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən qəza zamanı ölən və xəsarət alan olmayıb.
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:50
921
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
889
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
932
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1058
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1001
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1101