Yardımlıda 11 kq narkotik ələ keçirildi

Yardımlı polisi 11 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev və Masallı şəhər sakini Kənan Nuroğlu saxlanılıb.

 

Yardımlı RPŞ-nin baş müstəntiqi Fuad Rzayev bildirib ki, Yardımlı-Masallı yolunun 39-cu km-liyində onlardan aşkar edilmiş çantadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları götürülüb: "Onlardan 4064,2 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 6023,3 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryək, 943,7 qram çəkidə külli miqdarda narkotik vasitə olan həşiş qətranı, 76,25 qram psixotrop maddə olub fetaminlər qrupuna daxil olan metafetamin və digər həblər aşkar edilərək götürülüb". 

 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

 

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov

OXŞAR XƏBƏRLƏR