"Uşaqlarım acından mədələrini qucaqlayıb yatır" - YARDIM HARAYI

Xəyalə Əjdərova Siyəzən rayonunda anadan olub, Tovuzun Girzan kəndinə gəlin köçüb. 4 övladı var.

 

Onun sözlərinə görə, həyat yoldaşı ilə aralarında yaranan problemə görə bir aydır anasıgilə qayıdıb. Deyir ki, valideynlərinin də maddi imkanı yaxşı olmadığına görə övladlarına baxmaqda çətinlik çəkir: "Sosial yardım alırdıq yoldaşımın adına. O da vermirdi mənə. Bu uşaqları da anam saxlayıb, burdan göndərib, mən saxlamışam. Bir aydır burda anamın yanındayam. Anam xəstədir, atam da qoca adamdır. Bir bacım boşanıb iki uşaqla, mən burda nə vaxta kimi qalım? Mən bu uşaqlarıma yardım istəyirəm. Heç olmasa, sosial yardım ala bilim. 4 uşaq böyüdürəm, acından mədələrini qucaqlayırlar".

 

Şikayətçinin anası Bəsti Əliyeva da deyir ki, hazırda qızının ailəsi sosial yardım almır: "Göndəriblər bura ki, adında torpaq var, get onu öz adından çıxart, atanın adına keçir, sonra sosial yardım ala bilərsən. O da getmir, yoldaşı ilə yaşamağa qorxur".

 

Ailə aidiyyəti dövlət qurumlarından və imkanlı şəxslərdən kömək istəyir.

 

Əlaqə nömrəsi: (051) 619 85 56

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR