Azyaşlı şirə bilib zəhər içdi - TOVUZDA DƏHŞƏTLİ ÖLÜM

Tovuzda azyaşlı kimyəvi məhluldan zəhərlənərək dünyasını dəyişib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, bədbəxt hadisə rayonun Qədirli kəndində baş verib.

 

Kənd sakini, 3 yaşlı Ramil Balakişiyev bitkinin dərmanlanması üçün hazırlanan metafosu meyvə şirəsi hesab edərək içib. Daha sonra səhhəti pisləşən uşaq ağır halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin cəhdlərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR