Almaniya Rusiyaya qarşı çevik ordu yaradır - ABŞ-IN GÖSTƏRİŞİ İLƏ
NATO Rusiyadan ediləcək hücumlara qarşı çevik reaksiya verəcək ordu yaradır.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 30 min şəxsi heyəti olacaq hərbi birləşmənin Alyans üçün təhlükə yarandıqda buna 30 gün müddətində əks-reaksiya verəcəyi açıqlanıb.
Ordunun yaradılması məsələsi NATO müdafiə nazirlərinin növbəti həftə keçiriləcək Brüssel görüşündə də müzakirə olunacaq. Hazırda NATO dəhlizlərində yeni hərbi birləşmənin əsas fiqurunun Almaniya olacağı söylənsə də, təklifin ABŞ-dan gəldiyi bildirilir.
Qeyd edək ki, qurumdan verilən açıqlamalarda hərbi aktivliyin artırılmalı, habelə texniki təchizat və siyasi proseslərlə bağlı qərarların verilməsinin daha da sürətləndirilməli olduğu bəyan edilib.
OXŞAR XƏBƏRLƏR
14:50
958
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
925
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
968
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1062
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1005
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1107