Donald Tramp Ağ Evdə iftar verəcək - GÜN AÇIQLANDI

Donald Tramp Ağ Evdə iftar verəcək.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, iftar süfrəsi çərşənbə günü təşkil olunacaq. Artıq hazırlıqlara başlandığı qeyd olunur.

ABŞ prezidentinin verəcəyi ilk iftara kimlərin dəvət olunacağı açıqlanmır.

 

Xatırladaq ki, Donald Tramp keçən Ramazanda Ağ Evdə iftar süfrəsini açmamış, bununla da sələfləri Bill Klinton, oğul Corc Buş və Barak Obamanın təxminən 20 illik ənənəsinə son qoymuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR