Tbilisi metrosu bağlandı, tətil başladı - KAXA KALADZEDƏN SƏRT REAKSİYA

Tbilisi metrosu fəaliyyətini dayandırıb. 

 

 APA TV-nin Gürcüstan mətbuatına istinadən məlumatına görə, buna səbəb metro maşinistlərinin tətilə çıxmasıdır.

Əmək haqlarının artırılmasını tələb edən metro işçiləri tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildirib. Onlar aclıq aksiyasına da başlamağı planlaşdırır.

 
Tbilisi meri Kaxa Kaladze tətili qanunsuz adlandıraraq maşinistlərin tələbinin yerinə yetirilməyəcəyini bildirib. Əlavə edib ki, metro işçilərinin tətili başa çatana qədər avtobuslarda gediş ödənişsiz olacaq.

 
Bu arada parlament qarşısında keçirilən etiraz aksiyası başa çatıb. Parlamentin qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub. Buna baxmayaraq, aksiyanın davam etdiriləcəyi istisna olunmur. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR