Sənədsiz sürücülər, avtoxuliqanlar, polisdən qaçmaq istəyənlər - BİLƏSUVARDA REYD
Biləsuvarda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. APA TV-nin cənüb bürosunun məlumatına görə, reyd zamanı maraqlı anlar da yaşanıb.
Bu görüntülər Biləsuvar rayonunda YPX əməkdaşlarının keçirdiyi reyddəndir. "Niva" markalı bu avtomobilin sürücüsü müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb. Daha sonra isə qəfildən avomobilə minərək qəza şəraiti yaratmaqla ərazidən uzaqlaşır.
Digər "Niva" markalı avtomobilin qarşı tərəfində dövlət nömrə nişanı olmadığı üçün polisin "saxla" əmrinə tabesizlik göstərir. Sonradan polis tərəfindən saxlanıldıqda bunu avtomobilin təmirdə olması ilə əsaslandırır.
Avtomobilini təhlükəsizlik kəməri istifadə etmədən idarə edən bu sürücü isə tərtib olunan cərimə protokoluna etiraz edərək müfəttişin əlindən avtomobilin sənədlərini almağa çalışır.
Ümumulikdə gün ərzində rayon ərazisində aparılan reyd zamanı 30-a yaxın sürücü saxlanılaraq barələrində protokollar tərtib olunub. Reydlərin qarşıdakı günlərdə də keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq