Ağsu çayına da sel gəldi, bir kəndlə əlaqə kəsildi - FƏSADLAR BÖYÜYƏ BİLƏR
Son günlər yağan leysan yağışları Ağsu rayonunda bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağsu cayı bir neçə istiqamətdə öz məcrasından çıxaraq Maşadqanlı kəndinin yolunu tamamilə dağıdıb.
Nəticədə kəndin 1500 nəfər sakininin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Yolun dağılması nəticəsində kəndin elektrik və rabitə dirəkləri aşıb, içməli su və qaz xətti qırılaraq sıradan cıxıb.
Vəziyyətlə bağlı rayonun rəhbər şəxsləri hadisə yerində olub və sakinlərlə görüşüb. Məlumat verilib ki, dağılan bu yol kəndlə rayonu birləşdirən yeganə yol olduğuna görə yerli sakinlər təşviş içindədir. Yaxın vaxtlarda yolun yenidən bərpa olunması istiqamətində işlərə başlanılacağı qeyd olunub. Kəndə müvəqqəti gediş-gəlişi bərpa etmək üçün hazırda əraziyə texnikalar cəlb olunaraq vətəndaşa məxsus taxıl sahəsindən alternativ yol çəkilişi aparılır.
Yerli sakinlər tez bir zamanda Ağsu çayının kənarına beton mühafizə bəndlərinin çəkilməyəcəyi halda fəsadların daha böyük olacağını bildirir. Bundan başqa, çaya gələn güclü sel kəndin suvarma kanallarını da dağıdıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq