İsmayıllıda qasırğa evləri dağıtdı, sakinlər çadırlara köçürülür - HADİSƏ YERİNDƏN
İsmayıllıya yağan güclü yağış rayona və kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında keçirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, təbii fəlakət zamanı rayonun Diyallı kəndinə ciddi ziyan dəyib.
Damları uçan evlərdəki əşyalar, elektrik avadanlıqları su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları məhv olub. Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılıb, nəqliyyatın hərəkətinə maneə törədib. Kənd sakinlərinin sözlərinə görə, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb.
Hal-hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin çadırlara köçürüləcək. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən kənddə evlərə baxış keçirilir. Dəymiş ziyan hesablanır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq