Ər-arvad birləşib həmyerlilərini qarət etdilər - ŞƏMKİRDƏ
Şəmkir rayonunda mal-qara oğruları saxlanılıb.
APA TV-nin Qərb bürosunun məlumatına görə, rayon sakini Kəramət Musayev polis şöbəsinə ona məxsus 4 baş iribuynuzlu heyvanın oğurlanması barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis mal-qaranın Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev və onun həyat yoldaşı, Goranboy sakini Natiqə Orucova tərəfindən oğurlandığını üzə çıxarıb.
Araşdırmalar zamanı aydın olub ki, A.Mustafayev həyat yoldaşı ilə birlikdə həmyerlisinə məxsus mal-qaranı satış məqsədi ilə oğurlayıb. Onlar bu minvalla oğurluq heyvanları Şəmkirin Abbaslı kəndindən Samux rayonunun Zazalı kəndindək aparıblar. İşi araşdıran müstəntiq Yunis Quliyevin sözlərinə görə, onlar oğurladıqları heyvanları Goranboya aparmaq istəyirmiş: "27 may 2018-ci il tarixdə Kəramət Musayevə məxsus fermadan 4 baş iribuynuzlu heyvanları oğurlayıb Goranboy rayonuna aparmaq istəyirmişlər. Şəmkir RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Alim Mustafayev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib".
Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq