ABŞ-da rekord təzələndi, Rusiya və Səudiyyə hərəkətə keçir - NEFT BAZARINDA SON VƏZİYYƏT
ABŞ-da neft istehsalının rekord səviyyəyə çıxması Qərbi Texas neftini ucuzlaşdırıb.
APA TV-nin məlumatına görə, ötən gün 68,11 dollardan satılan WTI markası hazırda 66,88 dollara satılır.
ABŞ neftində baş verən ucuzlaşma "Brent" neftinin qiymətində qeydə alınmayıb. Bu markadan olan neftin bir bareli sutka ərzində 78,81 dollara qədər bahalaşıb. Günün ilk saatlarında isə ucuzlaşaraq ötən gün səhər saatlarında qeydə alınan qiymətlərə - 77,43 dollara satılmağa başlayıb.
ABŞ-da xam neft istehsalı gündəlik 10,77 milyon barel ilə 1983-cü ildən bu yana ən yüksək səviyyəyə çatıb. Rusiya isə OPEC ilə anlaşmaya uyğun azaltdığı istehsalın miqdarını yenidən artırmağı düşünür. Səudiyyə Ərəbistanı və Rusiya İran və Venesuelaya görə yarana biləcək kəsiri doldurmaq üçün istehsalı artırmaq fikrini bu ay keçiriləcək görüşdə müzakirə edəcəklər.
Mütəxəssislər isə istehsalı azaltmaqla bağlı OPEC və tərəfdaşlarının əldə etdiyi razılaşmanın dayandırılacağı halda qiymətlərin ciddi ucuzlaşacağını bildirir. Bu səbəbdən razılaşmanın ləğv olunması asan olmayacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq