Kiyevdən Moskvaya tələ: öldürüldüyü bildirilən rus jurnalist sağ imiş
Mayın 29-da Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.
APA TV-nin Ukrayna mətbuatına istinadən məlumatına görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak açıqlayıb.
O bildirib ki, rəhbərlik etdiyi quruma A.Babçenkoya qarşı Rusiya xüsusi xidmət orqanlarının sui-qəsd hazırladığı ilə bağlı əməliyyat məlumatı daxil olub. Hadisənin qarşısını almaq üçün Ukrayna Təhlükəsizlik Xidməti əməliyyat planı hazırlayaraq, Arkadi Babçenkonu təhlükəsiz yerə təxliyə edib, sonra isə öldürüldüyü ilə bağlı məlumat yayıb.
V. Qritsak qətli planlaşdıran şəxsin xüsusi əməliyyatla saxlanıldığını da bildirib.
Jurnalistin özü də mətbuata açıqlama verərək, qətl hazırlıqları ilə bağlı məlumatın iki ay öncə verildiyini və guya öldürülməsi ilə bağlı planın da bu müddətdə hazırlandığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq