Tapança çıxaran şəxsə balta ilə hücum etdilər: Ölənlər var - TÜRKİYƏDƏ DƏHŞƏT
Türkiyənin Adana şəhərində baş vermiş dəhşətli hadisənin görüntüləri yayılıb. APA TV-nin verdiyi xəbərə görə, mayın 22-də baş vermiş insident zamanı 2 nəfər öldürülüb, daha 7 nəfər ağır xəsarət alıb.
Məlumata görə, qanlı hadisəyə tərəflərdən birinin öz avtomobilini bir satış obyektinin qarşısında park etməsi səbəb olub. Bundan sonra obyekt sahibi sürücüdən avtomobilini başqa yerdə park etməsini istəyib. Ancaq avtomobil sahibi bu tələbə məhəl qoymayıb və ciddi münaqişə yaranıb. Münaqişəyə obyekt sahibinin qohumları da müdaxilə edib. Adamların çoxaldığını görən avtomobil sahibi üzərindəki silahı çıxardıb və 5 nəfərə atəş açıb. Qarşı tərəf də taxta parçaları və baltalarla hücuma keçib.
Ümumilikdə insident zamanı 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisi xəstəxanada keçinib. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq