Azərbaycanlı UÇQUNUN ALTINDA QALARAQ ÖLÜB
Azərbaycan vətəndaşı Arxangelskdə binada baş verən uçqunun altında qalaraq, həyatını itirib. APA TV-nin xəbərinə görə, dekabrın 19-da Severodvinsk rayonunda metal konstruksiyasının icazəsiz sökülməsi nəticəsində tikintisi tamamlanmamış binada ciddi uçqun baş verib. Rusiya FHN-in Arxangelsk vilayəti üzrə idarəsinin yaydığı xəbərə görə, fövqəladə vəziyyətlə bağlı məlumat gündüz saatlarında daxil olub. Hadisə yerinə gedən xilasedicilər ərazidə iki kişi ilə qarşılaşıblar. Onlar bildiriblər ki, zərərçəkmiş yoldaşları ilə binanın metal konstruksiyasının qaz avadanlığı ilə qanunsuz söküntüsü ilə məşğul olublar. Nəticədə tikintinin davamlılığı pozulub və uçqun baş verib. Onların sözlərinə görə, yoldaşları dağıntının altında qalıb. Axtarış xilasetmə işləri nəticəsində 54 yaşlı Azərbaycan vətəndaşının meyiti çoxtonlu ağır metal, kərpic və betonların altından çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib