Bakıda "Niva" qırmızı işıqda keçib qəza törətdi - İKİ AVTOMOBİLİ ƏZDİ
Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı "VAZ 2121" (Niva) və "Daewoo" markalı minik maşınları toqquşub. Bundan sonra hərəkətdə olan "Kia" markalı digər avtomobil də avtoqəzanın iştirakçısına çevrilib. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Ziyan görən yalnız nəqliyyat vasitələri olub.
Əraziyə polis gəlib və müayinələr aparılıb. İlkin versiyaya görə, hadisə Bülbül prospekti ilə gedən "Niva" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəbindən baş verib.
OXŞAR XƏBƏRLƏR
14:50
1500
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
1462
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
1506
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1122
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1067
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1171