Dənizdə qayıqdan meyitləri tapılan şəxslərin kimliyi bilindi - 1 AY ƏVVƏL İTİBLƏR
Xəzər dənizində aşkarlanan rezin qayığın içərisindəki meyitləri tapılan 2 nəfərin şəxsiyyəti müəyyən olunub. APA TV-nin məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxdıqdan sonra itkin düşmüş 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşfiq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğludur.
Qeyd edək ki, bu gün saat 13:00 radələrində Xəzər dənizində, sahildən təxminən 90 km içəriyə doğru içərisində 2 nəfərin meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.
Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Meyitlər gəminin göyərtəsinə götürülüb və hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq