Sona Vəliyeva: "Xəyanətkara qarşı səsimizi qaldırmalıyıq"
“Təəssüf edirəm ki, adını ziyalı qoyub dövlətçiliyimizə xələl gətirən bəzi insanlar var”.
APA TV-nin məlumatına görə, bu fikirləri filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” şirkətinin təsisçisi Sona Vəliyeva Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Qafqaz triosu" filminə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, dövləti qorumaq hər bir vətəndaşın borcudur:
“Vaxtilə əsərləri ilə özünü tanıdan, bu gün əsərləri ilə özünə nifrət qazandıran İbrahimbəyov haqqında mütləq danışmalıyam. Çünki bu dövlət bizə əmanətdir. Azərbaycan Xalq Cümhuriyyətini varis kimi qəbul edən müstəqil Azərbaycanın memarı ulu öndərdən bizə əmanətdir. Biz bunu qorumalıyıq. Gələcək nəsillərə göndərməliyik. Bu dövlət bizimdir deyib sinəmizə döyürüksə, xəyanətkara qarşı səsimizi qaldırmalıyıq, əlbir olmalıyıq. Bunun başqa adı yoxdur. Bu, xəyanətdir. Xəyanətə heç nə ilə haqq qazandırmaq olmaz”.
Sona Vəliyeva bildirib ki, ərazisinin 20 faizi işğal altında olan xalqı aşağılamaq olmaz. “Bu cür insanları lənətləməliyik. Onlar cəsarət edib qələm götürməməlidir. Bəlkə də Əkrəm Əylislidə güzəşt etdik, yumşaq davrandıq deyə bu gün bunun şahidi olduq” deyə o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq