Sabiq rəis müavini dələduzluğa görə həbs olundu

“Azərsu MMC” nin hüquq departamentinin sabiq rəis müavini dələduzluğa görə həbs edilib. APA TV-nin məlumatına görə, bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus  adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib, Qax rayonuna göndərilməsini istəyib, məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

Hadisənin araşdırılması üçün məsələ aidiyyəti üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat tədbiri nəticəsində həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə  barəsində axtarış elan olunmuş Bakı şəhər sakini  Babək Həsənov olduğu  müəyyənləşib. Qax və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətmiş şəxs Göygöl rayonunun Mixaylovka kəndində saxlanılaraq İstintaqa təhvil verilib. 
 

İlkin istintaq zamanı məlum olub ki, Babək Həsənov  2017-ci ildə Bakı şəhər sakinləri  Əliyev İlham Məmmədağa oğluna qarşı özünü “Azərsu MMC” nin əməkdaşı kimi təqdim edərək 16 000 manatlıq, Bağırov Namiq Nizami oğluna qarşı isə özünü gömrük xidmətinin əməkdaşı kimi təqdim edərək 5 000 manatlıq dələduzluq edib.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, Babək Həsənovun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib və digər  cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması arşdırılır.

Qeyd edək ki, Babək Həsənov ixtisasca hüquqşünasdır, əvvəllər “Azərsu MMC” nin hüquq departamentində rəis müavini işləyib.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR