Tramp Azərbaycan prezidentinə məktub göndərdi: "Qarabağ münaqişəsinin həlli..."
"Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq".
APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Azərbaycan dövlət başçısı İlham Əliyevə məktubunda qeyd edib.
"ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır" - deyə, məktubda bildirilir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb, iki ölkə arasında əməkdaşlığın və münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.
OXŞAR XƏBƏRLƏR
14:50
1773
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
1736
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
1778
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1156
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
1102
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1212