Xilasedicilər bağlı qapı arxasında qalmış 2 yaşlı qızı xilas etdilər - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Lənkəranda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2 yaşlı uşaq xilas edilib. APA TV-nin Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami küçəsində bina 6, mənzil 6 ünvanında qeydə alınıb. Sakinlər qapının açılmadığı və bağlı qapı arxasında azyaşlı uşağın köməksiz vəziyyətdə qaldığı barədə aidiyyəti üzrə məlumat veriblər, hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri gəlib. Əməliyyat şəraiti qiymətləndirildikdə məlum olub ki, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2016-cı il təvəllüdlü Miray Vüqar qızı Hacızadədir. Xilasedicilər azyaşlını xilas etmək üçün nərdivandan istifadə etməklə pəncərədən mənzilə daxil olublar. Onlar, qapını açdıqdan sonra isə Miray Hacızadəni valideynlərinə təhvil veriblər. Uşağın vəziyyəti normal qiymətləndirilir.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov

OXŞAR XƏBƏRLƏR